Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:58

Tillerson: Trump-Putin danışıqları haqda qərar verilməyib


İki lider iyulda Almaniyada görüşüblər

ABŞ dövlət katibi Rex Tillerson isə deyir ki, prezident Donald Trump-ın rusiyalı həmkarı Vladimir Putin-lə bu həftə Asiya iqtisadi sammiti çərçivəsində rəsmi danışıqları barədə qərar verilməyib.

Trump-ı Asiya səfərində müşaiyət edən Tillerson Pekində jurnalistlərə deyib ki, əsas məsələ Trump-Putin görüşünün yetərincə əsaslandırılmasıdır.

***

ABŞ prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin-lə noyabrın 10-da görüşə bilər. Bunu Kremlin müşaviri Yury Ushakov noyabrın 9-da deyib.

Onun sözlərinə görə, noyabrın 10-11-də Vyetnamda Asiya-Sakit Okean iqtisadi sammiti çərçivəsində görüş “hal-hazırda razılaşdırılır”.

Moskva Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra ABŞ-Rusiya münasibətləri gərginləşib. Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı informasiyalardan sonra durum daha da pisləşib.

İki prezident təkbətək bircə dəfə görüşüblər – iyulda Almaniyada G20-nin sammitində.

Trump noyabrın 5-də deyib ki, Asiyaya səfəri çərçivəsində Putin-lə görüşü gözlənir. Elə Putin-in sözçüsü də noyabrın 8-də demişdi ki, onların görüşmə “ehtimalı böyükdür”.

Günün bütün mövzuları

XS
SM
MD
LG