Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:23

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya səfər çərçivəsində BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının İcraçı katibinin müavini Abdalla Hamdok ilə görüşüb.

Bu barədə bu gün, noyabrın 9-u Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüşdə A.Hamdok BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının fəaliyyəti, həyata keçirdiyi layihələr barəsində ətraflı məlumat verib.

E.Məmmədyarov isə Azərbaycanda yoxsulluğun aradan qaldırılması istiqamətində görülün işlərdən, ASAN Xidmət təcrübəsindən bəhs edib.

Görüş əsnasında Azərbaycan və BMT-nin Afrika üzrə İqtisadi Komissiyası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Efiopiya prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 8-də Efiopiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Mulatu Teşome ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Prezident M.Teşome efiopiyalı tələbələrin Azərbaycanda ali təhsil aldıqlarını deyərək, həmin məzunların iki ölkə arasında körpü rolunu oynadığını vurğulayıb.

E.Məmmədyarov da Azərbaycanın təhsil sahəsində Efiopiya ilə əməkdaşlığa həmişə hazır olduqlarını deyib.

Nazir Şərq-Qərb nəqliyyat dəhlizi və Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, logistika sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

XATIRLATMA

E.Məmmədyarov noyabrın 8-dən Efiopiyada rəsmi səfərdədir. Səfər bu gün, noyabrın 9-da da davam etməlidir.

E.Məmmədyarovun Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil qərargahlarına gedəcəyi də gözlənir. Onun Afrika İttifaqının sədri və komissarları ilə görüşləri planlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG