Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:28

Rosneft rəhbəri məhkəməyə çağrılıb


Aleksei Ulyukayev məhkəmədə, 8 noyabr, 2017-ci il

Rusiyanın dövlət Rosneft neft şirkətinin rəhbəri Igor Sechin məhkəməyə ifadə verməyə çağrılıb. O, keçmiş iqtisadiyyat naziri Aleksei Ulyukayev-in məhkəməsində ifadə verməlidir.

Hakim Larisa Semyonova noyabrın 8-də dövlət ittihamçısının Sechin-lə bağlı vəsatətini təmin edib. O, şahid kimi ifadə verəcək. Ulyukayev-in vəkilləri də vəsatəti dəstəkləyiblər.

Sechin uzun müddət prezident Vladimir Putin-in administrasiya rəhbərinin müavini olub, indi də onun yaxın müttəfiqi sayılır.

Ulyukayev indiyədək Rusiyada həbs olunmuş ən yüksəkçinli məmurlardan sayılır. O, Sechin-dən 2 milyon dollar rüşvət qoparmaqda ittiham olunur. Əvəzində nazirlik Rosneft-in regional Bashneft neft şirkətində böyük pay almasını təsdiqləyəcəkmiş.

İttihamçılar Ulyukayev-in Sechin-dən bir çamadan nağd pul alarkən tutulduğunu deyirlər. O, ötən ilin noyabrında saxlanıb, Putin də onu dərhal işdən çıxarıb, hazırda ev dustağıdır.

Avqustda başlanan məhkəmədə Ulyukayev təqsirli olmadığını deyib. O, Sechin-i və Federal Təhlükəsizlik Xidmətini (FSB) ona tələ qurmaqda ittiham edib, deyib ki, çamadanda şərab şüşələrinin olduğunu düşünüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG