Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:56

Trump: “Bizi yoxlamayın”


Donald Trump Seulda parlamentdə çıxış edir

ABŞ prezidenti Donald Trump Şimali Koreya lideri Kim Jong Un-a xəbərdarlıq edir ki, Birləşmiş Ştatların səbrini sınağa çəkməsin. “Dünya onu nüvə məhviylə hədələyən dələduz rejimə dözə bilməz”, – o deyib.

Noyabrın 8-də Cənubi Koreya parlamentindən çıxış edən Trump söyləyib ki, Pxenyanın hazırladığı nüvə silahları “sizi təhlükəsiz etmir, rejiminizi daha böyük təhlükəyə salır”.

“Bizi daha aşağı dəyərləndirib yoxlamayın”, – deyən Trump Şimali Koreyaya qarşı indiyədək işlətmədiyi sərt ifadələrdən yararlanıb.

“Biz Amerikanın şəhərlərinin dağıdıl təhdidinə izn verə bilmərik. Bizi qorxutmaq olmaz”, – o deyib.

Trump eyni zamanda Şimali Koreyaya “daha yaxşı gələcəyə yol” da vəd edib.

ABŞ prezidenti Asiya səfəri çərçivəsində Çinə gedib. ABŞ rəsmilərinin sözlərinə görə, o, Şimali Koreyanın əsas müttəfiqi və ticarət tərəfdaşı olan Pekindən Kim-ə təzyiqi artırmasını istəyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG