Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:55

Azərbaycanda da rüşvət verməkdə suçlananlara ittihamlar açıqlanıb


Rolls Royce şirkətinin istehsalı olan sualtı qayıq
Rolls Royce şirkətinin istehsalı olan sualtı qayıq

Noyabrın 7-də Birləşmiş Ştatlarda rüşvətxorluq mexanizmində iştirakda suçlanan beş nəfərə ittihamlar açıqlanıb. Həmin şəxslər Qazaxıstan, Azərbaycan və digər ölkələrdə Britaniyanın nəhəng Rolls-Royce şirkətinin enerji kontraktlarını udmasından ötrü rəsmilərə rüşvət verməkdə ittiham olunurlar.

Şirkət yanvarda ABŞ, Britaniya və Braziliya hakimiyyəti ilə korrupsiya iddialarından dolayı 800 milyon dollarlıq kompensasiya ödəmək barədə razılaşma əldə edib. O zaman şirkət etiraf edib ki, Qazaxıstan, Tailand, Braziliya, Azərbaycan, Anqola və İraqda kontraktları udmaqdan ötrü dövlətə məxsus enerji şirkətlərinə 35 milyon dollardan artıq rüşvət verib.

ƏSAS SUÇLANAN AZADLIQDADIR

40-dan çox ölkədə biznesdə qazanmaq naminə xarici rəsmilərə rüşvət vermək cinayət sayılır. Ancaq bu cinayətə görə daha çox ABŞ-da və Qərbi Avropada cəza kəsilir.

ABŞ Ədliyyə Departamentinin cinayət bölməsinin rəhbəri vəzifəsini icra edən Kenneth Blanco deyib ki, bu iş “bütün etik və vicdanlı şirkətlər üçün oyun meydançasını bərabərləşdirmək yönündə daha bir vacib addımdır”.

İttiham olunanlar arasında Yunanıstandan olan 70 yaşlı Petros Contoguris da var, çirkli pulyumada və Xarici Korrupsiya Təcrübələri Aktını pozmaqda ittiham olunur.

Ədliyyə Departamentinin məlumatına görə, Contoguris-in ABŞ-dan kənarda azadlıqda gəzdiyi ehtimal olunur.

Noyabrın 7-də ittihamlar verilmiş digər dörd nəfər özlərini təqsirli biliblər.

*** Buna da bax: 'Rolls-Royce' Azərbaycanda da rüşvət veribmiş

4 NƏFƏR ÖZÜNÜ TƏQSİRLİ BİLİB

Rolls-Royce-un keçmiş rəsmilərindən Britaniyadan olan, hazırda Tayvanda yaşayan 66 yaşlı James Finley iyulda ABŞ məhkəməsi qarşısında korrupsiya ittihamlarıyla özünü təqsirli bilib, departament belə deyir.

Rolls-Royce-un əməkdaşları – Niderlanddan Aloysius Johannes Jozef Zuurhout və Avstriyadan Andreas Kohler (hər ikisi 53 yaşındadır) təqsirlərini iyunda, Hyustondan olan 48 yaşlı Keith Barnett dekabrda boynuna alıb.

İttihamnaməyə görə, bu beş nəfər Britaniyanın Rolls-Royce plc. şirkətinin ABŞ filialı olan Rolls-Royce Energy Systems Inc-ə biznesdə qazandırmaqdan ötrü rüşvət planları qurublar.

Həmin şəxslər bəxşiş verməkdə, həmin ödənişləri Contoguris-in “Gravitas” şirkəti vasitəsiylə ört-basdır etməkdə və əvəzində Rolls-Royce-un Asiya Qaz Kəməri üçün kontraktları udmasına yardım almaqda suçlanırlar.

2009-cu ilin noyabrında Rolls-Royce bu kəmərdə 145 milyon dollarlıq kontrakt udub və bundan sonra ödənişlər Gravitas şirkətinə köçürülüb, departament bildirir.

Azərbaycanın adı bu işdə hallansa da, rəsmilərdən indiyədək bu məsələyə münasibət bildirilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG