Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 01:32

Kərə yağının gömrük rüsumu üç dəfə azaldılıb


Yağ

Azərbaycanda süddən hazırlanan yağlara gömrük rüsumları üç dəfə azaldılıb.

Nazirlər Kabineti «Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri» haqda qərarına bununla bağlı dəyişiklik edib. Qərar Nazirlər Kabinetinin normativ aktlar bazasına bu gün, noyabrın 7-si daxil edilib.

«Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri»nə görə, indiyədək qeyd olunan məhsullar üzrə rüsumlar onların gömrük dəyərinin 15 faizə qədər idi.

Qərar KİV-də dərc edildikdən, yəni noyabrın 7-dən 30 gün sonra qüvvəyə minəcək. Dəyişikliklər 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.

Sözügedən tədbirin son zamanlar kəskin bahalaşan yağların qiymətinin enməsinə yönəldiyi bildirilir.

Multimedia

XS
SM
MD
LG