Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:25

Azərbaycan Mərkəzi Bankının ehtiyatı artıb.

Bu barədə Mərkəzi Bankın özünün yaydığı məlumatda bildirilir.

Mərkəzi Bankın valyuta ehtiyatları noyabrın 1-nə 5 mlrd. 200.7 mln. dollar təşkil edib. Ötən ayla müqayisədə valyuta ehtiyatları 33 mln. 200 min dollar və ya 0.64 faiz artıb.

İlin əvvəlindən artım 1 mlrd. 226.3 mln. dollar və ya 30.8 faiz olub.

İllik hesablamada isə Mərkəzi Bankın valyuta ehtiyatları 1 mlrd. 195.2 mln. dollar və ya 29.8 faiz çoxalıb.

3 il əvvəl Mərkəzi Bankın valyuta ehtiyatları isə 15 milyard dollara yaxın idi. 2015-ci ildə baş verən devalvasiyalar ərəfəsində və sonra ehtiyatın böyük bir hissəsi xərclənib.

Hazırda Mərkəzi Bank hərraclara valyuta çıxarmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG