Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:05

Britaniyalı nazirin bəyanatı iranlı qadına təhlükə yaradıb


Nazanin Zaghari-Ratcliffe (sağda) əri Richard və qızı Gabriella ilə
Nazanin Zaghari-Ratcliffe (sağda) əri Richard və qızı Gabriella ilə

İran Britaniyanın xarici işlər naziri Boris Johnson-un dediklərindən yararlanaraq həbsdəki iranlı Britaniya vətəndaşına əlavə ittihamlar irəli sürməməlidir. Bu xəbərdarlıqla Böyük Britaniya noyabrın 6-da çıxış edib.

MƏHKƏMƏDƏ HƏMİN BƏYANATA İSTİNAD EDİBLƏR

Johnson ötən həftə Britaniya parlamentinin xarici işlər komitəsində deyib ki, humanitar işçi Nazanin Zaghari-Ratcliffe ötən il İrana jurnalistika öyrətməyə gedib. Qadının çalışdığı Thomson Reuters Fondu isə bu bəyanatı yanlış adlandırıb. Nazirin bu bəyanatından dolayı İranın qadına yeni ittihamlar sürə biləcəyi sarıdan narahatlıq var.

Fond noyabrın 76-da Johnson-u “yol verdiyi ciddi səhvi dərhal düzəltməyə” çağırıb.

Ancaq Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü bəyanatı təkzib etməyib və deyib: “Ötən həftə xarici işlər nazirinin dedikləri Nazanin Zaghari-Ratcliffe əleyhinə əlavə ittihamların irəli sürülməsinə əsas vermir”.

Zaghari-Ratcliffe Tehran aeroportunda ötən il saxlanıb və hazırda İranda ruhani isteblişmentini devirmək ittihamıyla beş illik həbs cəzası çəkir.

Qadın noyabrın 4-də yenidən məhkəmə qarşısına çıxarılıb. Məhkəmədə Johnson-un üç gün öncə səsləndirdiyi fikirlər onun “rejim əleyhinə təbliğat”la məşğul olmasına sübut kimi göstərilib.

*** Bunu da oxu: 'Assad-ın Britaniya vətəndaşlığı alınsın'

TƏTİLƏ GEDİB

Zaghari-Ratcliffe-inin ailəsi, eləcə də çalışdığı qurum onun İrana tətilə getdiyini bildirib. O, azyaşlı qızını ilk dəfə olaraq nənə-babasıyla görüşə aparırmış.

“O, jurnalist deyil, Thomson Reuters Fondunda heç vaxt jurnalistlərə təlim keçməyib, o, mənim medianın inkişafı komandamda layihə meneceridir”, – fondun rəhbəri Monique Villa deyib. Onun sözlərinə görə, Johnson-un “ciddi səhvi… onun cəzasını daha da ağırlaşdıra bilər”.

Müxalifətdə olan Leyboristlər Partiyasından deputat Tulip Siddiq-in fikrincə, nazirin bəyanatı təkzib etməməsi Zaghari-Ratcliffe-nin buraxılmasına yönəlik cəhdlərə zərbə vurub.

Londonda Zaghari-Ratcliffe-nin yaşadığı ərazini təmsil edən Siddiq deyib ki, “nazirin dedikləri həm yanlışdır, həm də onun durumuna kömək etmir”.

Xarici İşlər Nazirliyi bildirib ki, Johnson iranlı həmkarı Mohammad Javad Zarif-ə zəng vuracaq, “bu məsələdən ciddi narahatlığını bir daha qaldıracaq və dediklərinin yanlış təqdim olunmamasını təmin edəcək”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG