Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Böyük Oktyabr inqilabının 100 illiyidir


Belarusda tədbir, 7 noyabr, 2017-ci il
Belarusda tədbir, 7 noyabr, 2017-ci il

Bu gün – noyabrın 7-də Böyük Oktyabr Sosialist İnqilabının 100 illiyi tamam olur.

100 il öncə bu həftə silahlı bolşevikləri Petroqradda (indiki Sankt Peterburq) Qış Sarayını tutub, Rusiya müvəqqəti hökumətinin nazirlərini həbs edib.

1922-ci ildə Vladimir Lenin-in başçılığı ilə kommunist inqilabçılar Sovet İttifaqını qurdular. Bu birlik 1991-ci ildə dağılsa da, bəziləri hələ də Bolşevik İnqilabının yubileyini qeyd edir.

Bu gün qərb mediasında da bu yüzillik yada salınır. “Wall Street Journal” qəzetində “Kommunizmin 100 illiyi və 100 milyon ölü” başlıqlı məqalədə David Satter yazır ki, həmin inqilabdan sonra start götürəcək hadisələr zəncirində milyonlarla adam öldürüləcək, Qərb sivilizasiyasında ölümcül yara vurulacaqdı.

Bolşeviklər şəxsi mülkiyyətin ləğvinə çağırsalar da, əsl niyyətləri Marksizm-Leninizm ideologiyasına reallığa çevirmək idi. İlk dəfə olaraq dövlət sırf ateizm üzərində quruldu.

*** Buna da bax: Azərbaycan tarixçiləri Bağırov cinayətlərinə necə haqq qazandırır...

MİLYONLARIN QƏTLİ

Müəllif bolşeviklərin çevrilişinin iki fəsadı olduğunu qeyd edir. Birincisi, cəmiyyətin mənəvi özəyi oyuldu, fərd deqradasiyaya uğrayaraq dövlət maşınının bir alətinə çevrildi. Digər tərəfdən kommunistlər elə bir miqyasda qətl törətdilər ki, həyatın dəyərini məhv etdilər, sağ qalanlarda fərdi şüuru dağıtdılar.

“Bolşeviklərin təsiri bu ölkələrlə məhdudlaşmadı. Qərbdə də kommunizm cəmiyyətin dəyərlərin mənbəyilə bağlı anlayışını dəyişdirdi, bu günədək qalan siyasi çaşqınlıq yaratdı”, – müəllif vurğulayır.

*** Buna da bax: Rusiya inqilabın 100 illiyini niyə “Trotski” filmi ilə qeyd edir?​

Sovet repressiyası 20 milyondan çox adamın həyatına son qoydu. Hələ müharibələrdə, epidemiyalarda, aclıqlarda ölənlər bura daxil deyil. Bütün bunlar bolşeviklərinin siyasətinin proqnozlaşdırılan nəticəsi idi.

200 min nəfərin Qırmızı Terror (1918-22) zamanı; 11 milyon nəfərin aclıqdan öldüyü; 700 min nəfərin Böyük Terrorda (1937-38); 400 min nəfərin 1929-1953-cü illər arası edam olunduğu; 1,6 milyon nəfərin əhalinin məcburi köçürülməsi; azı 2,7 milyon nəfərin isə məcburi əmək düşərgələri olan Gulag-larda məhv olduğu bildirilir.

“RUSİYA İNQİLABI HEÇ OLMASAYDI, NƏ BAŞ VERƏRDİ?”

The New York Times” qəzetində Simon Sebag Montefiore bu suala cavab axtarır.

“Rusiya inqilabı olmasaydı, Hitler elə fəaliyyətə başladığı yataqxana otağında açıqca rəngləməklə məşğul olardı. Nə Lenin, nə Hitler olardı... Şərq Qərb kimi fərqli görünərdi. 1940-cı illərdə sovetlərdən böyük yardım almış Mao Çini işğal etməzdi, Çini hələ də Chiang Kai-shek ailəsi idarə edərdi... Soyuq Müharibə olmazdı...”, – müəllif yazır.

Məqalədə Sovet İttifaqının varisi Rusiyanın Vladimir Putin və onun keçmiş KGB-dəki dostları tərəfindən idarə olunduğu vurğulanır. “Putin və rejimi Leninin konspirasiya və dezinformasiya taktikasını seçiblər və onları bu günün texnologiyalarına uyğunlaşdırıblar. Amerikalılar interneti icad edərək ona pul qazanmaq yolu, yaxud azadlığa sehrli çıxış kimi gördülər. Lenin sinizmindən qidalanmış rusiyalılar isə internetdən Amerika demokratiyasına zərbə vurmaqdan ötrü yararlandılar”, – məqalədə deyilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG