Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Yanvar, şənbə, Bakı vaxtı 17:16

Trump Cənubi Koreyadadır


Donald Trump (solda) və Moon Jae-in

ABŞ prezidenti Donald Trump Cənubi Koreyada həmkarı Moon Jae-in ilə görüşür. Bu ölkələri əsas narahat edən məsələ Pxenyanın nüvə hədələridir.

Trump-ın bu ölkəyə səfəri zamanı ticarət də əsas müzakirə mövzusu olacaq, o, ABŞ-Cənubi Koreya azad ticarət sazişinin şərtlərinin yenidən razılaşdırılmasını istəyir.

Noyabrın 7-də Cənubi Koreyaya çatan Trump Şimali Koreyanın nüvə və raket proqramları ətrafındakı gərginliklə bağlı müsbət danışıb. “Bu durumdan çıxacağıq, çünki çıxmalıyıq”, – o deyib.

Seuldan öncə Trump Yaponiyada səfərdə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG