Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:20

İŞİD-in televiziyaya hücumu bitib - YENİLƏNİB (Video)


Shamshad TV rəsmiləri bildirirlər ki, televiziyaya hücum sona çatıb və yayım bərpa olunub.

Televiziya Əfqanıstan təhlükəsizlik qüvvələrinin komandirinə istinadla xəbər verir ki, binadakı bütün əməkdaşlar xilas olunub.

İtki sayı, hələlik, açıqlanmayıb.

İslam Dövləti (İŞİD) silahlı qruplaşması vebsaytında hücuma görə məsuliyyəti üzərinə götürüb.

Taliban yaraqlıları dərhal hücumda əli olmadığını bəyan edib.

***

Kabil polisinin sözçüsü Basir Mujahid itkilərin ola biləcəyini, ancaq dəqiq sayın bəlli olmadığını bildirib.

Televiziyanın Twitter hesabında bildirilir ki, işçilər binanın içində ölənlərin olduğunu deyir. Telefonla əlaqə saxlanan əməkdaşlar 5 nəfərədək adamın öldürüldüyünü söyləyiblər.

Hücum edənlərdən birini mühafizəçilər öldürüb, adı çəkilməyən təhlükəsizlik əməkdaşı bildirib.

***

Silahlılar Kabildə Shamshad TV-nin studiyasına basqın ediblər, içəridən atəş səsləri gəlir. Bunu polis AzadAvropa/AzadlıqRadiosunun Radio Azadi bölməsinə deyib.

Binada xeyli işçinin olduğu, hücumun davam etdiyi bildirilir.

Noyabrın 7-də paştudilli bu populyar televiziyanın studiyasına azı 3 nəfər girib. Şahidlər bundan öncə partlayış səsi eşidildiyini söyləyirlər.

Bəzi jurnalistlər və işçilər binadan qaça biliblər.

“Təhlükəsizlik kameralarında üç hücumçunun televiziyanın binasına girdiyini gördüm. Onlar mühafizəçini güllələyib binaya daxil oldular. Ətrafa qumbara atmağa, atəş açmağa başladılar”, – Shamshad TV-nin arxa qapıdan binadan qaça bilmiş müxbiri Faisal Zaland “Frans Pres” agentliyinə bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG