Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:14

«AzəriLayt» markalı neftin bir barrelinin qiyməti 2.58 dollar bahalaşıb. Hazırda Azərbaycan nefti 66.20 dollara satılır.

Xəbəri AZƏRTAC yayıb.

Bu, son bir ildə Azərbaycan neftinin qiymətində qeydə alınan ən yüksək göstəricidir.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin bir barrelinin qiyməti isə 0.02 dollar ucuzlaşıb. İndi «Layt» markalı neft 57.33 dollara düşüb.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında «Brent» markalı neftin bir barrelinin qiyməti də 0.03 dollar azalaraq 64.24 dollar təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG