Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:39

İlham Əliyev Donald Trump-a məktub göndərib


Sutherland Springs-də silahlı hücumdan sonra

Azərbaycan dövlət başçısı İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump-a məktub göndərib.

AzərTAC-ın xəbərinə görə, İlham Əliyev məktubda yazıb ki, Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər onu son dərəcə sarsıdıb.

“Bu faciəli hadisə ilə əlaqədar sizə, həlak olanların ailələrinə, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - məktubda vurğulanır.

Xatırlatma

Noyabrın 5-də səhər tezdən Suzerlend Sprinqs-də Birinci Baptist kilsəsində insanlara atəş açılıb. Polis insanlara atəş açan şəxsin öldürüldüyünü bildirir. Həmin şəxsin 26 yaşlı Devin Patrick Kelley olduğu deyilir. Hadisə nəticəsində azı 26 nəfərin öldüyü, 30-a yaxın şəxsin isə yaralandığı açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG