Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:11

Fevrala kimi kerosinə idxal rüsumu ödənməyəcək


AZAL

Azərbaycana gətirilən reaktiv mühərrik kerosininin gömrük idxal rüsumundan azad edilməsi müddətinin uzadıldığı bildirilir.

“Turan” Agentliyinin xəbərinə görə, Nazirlər Kabinetinin bununla bağlı qərarı noyabrın 3-dən qüvvəyə minib.

Xəbərə görə, Nazirlər Kabinetinin “Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərara etdiyi dəyişikliyə əsasən, reaktiv mühərrik kerosini gömrük idxal rüsumundan 2018-ci il yanvarın 31-dək azad edilir.

Buna da bax:​ İqtisadçı: “Monopoliya ləgv edilməli, kadr islahatları aparılmalıdır”

Bu müddətdən sonra kerosinin dəyərinin 15 faizi həcmində rüsumun ödənişinin yenidən bərpa olunacağı bildirilir.

Nazirlər Kabineti bundan öncə avqustun 12-də Azərbaycana gətirilən reaktiv mühərrik kerosinini 3 ay müddətinə gömrük idxal rüsumundan azad etmişdi.

Hökumət həmin vaxt reaktiv mühərriklər üzrə 1 ton kerosinin aksiz dərəcəsini 1 manata endirmişdi. Halbuki, həmin vaxtadək bu göstərici, digər kerosinlərdə olduğu kimi 80 manat idi.

Buna da bax:​ Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq

Nazirlər Kabineti həmin vaxt qərarını «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin təklifi əsasında qəbul etdiyini açıqlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG