Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:31

Boğazından bıçaqlanmış jurnalist efirə çıxıb


Tatyana Felgengauer, 2014-cü il

Rusiyanın Ekho Moskvy radiosunun ötən ay boğazından bıçaqlanmış jurnalisti deyir ki, tam sağalacağına ümid edir.

Ekho Moskvy radiostansiyasının aparıcısı və redaktor müavini Tatyana Felgengauer noyabrın 6-da səhər proqramına çıxıb. Bu, jurnalistin oktyabrın 23-də məruz qaldığı hücumdan sonra ilk dəfə kamera qarşısına çıxmasıdır. O, özünü “daha yaxşı” hiss etdiyini, ilin sonunadək işinə dönməyi planlaşdırdığını söyləyib.

Boğazına şarf dolamış Felgengauer deyib ki, böyük əməliyyat keçirib və tam sağalması bir neçə həftə çəkə bilər.

Hücum zamanı naməlum şəxs radionun Moskvadakı ofisinə girərək Felgengauer-i boğazından bıçaqlayıb.

Hücuma görə şübhəli kimi 48 yaşlı Boris Grits müəyyənləşdirilib. O, istintaqçılara deyib ki, beş il müddətinə Felgengauer-lə “telepatik əlaqədə” olub. O, psixiatrik müayinədən də keçməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG