Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:42

Bu həftə ABŞ-ın aparıcı diplomatı Avropaya 10 günlük səfərinin sonunda Ukraynaya baş çəkəcək. Məlumatı Dövlət Departamenti noyabrın 5-də yayıb.

Bildirilir ki, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Wess Mitchell noyabrın 6-da Brüsselə gedəcək. O, daha sonra Parisdə, Londonda, Berlində və Varşavada olacaq.

Noyabrın 14-16-da Mitchell səfərinin sonunda Ukraynada rəsmilərlə görüşəcək.

Dövlət katibinin köməkçisi “Birləşmiş Ştatların Ukraynanın suverenliyinə və ərazi bütovlüyünə sadiqliyini bildirəcək, Ukraynanı kritik islahatları davam etdirməyə həvəsləndirəcək”, bəyanatda deyilir.

Mitchell-in biznes və vətəndaş cəmiyyəti liderləriylə də görüşəcəyi gözlənir.

Ukrayna prezidentinin idarəsinin noyabrın 4-də yaydığı məlumata görə, prezident Petro Poroshenko ABŞ dövlət katibi Rex Tillerson-la telefon söhbətində Ukraynanın şərqinə BMT sülhməramlılarını göndərməyin mümkünlüyü müzakirə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG