Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:31

Teraktdan beş gün sonra marafon keçirildi


Nyu Yorkdakı hadisə yeri

Nyu Yorkda səkkiz nəfərin ölümüylə nəticələnmiş hücumdan beş gün sonra marafon keçirilib. On minlərlə atletin qatıldığı marafonu milyonlarla tamaşaçı izləyib.

Bu ənənəvi illik idman tədbiri güclü təhlükəsizlik tədbirləri çərçivəsində baş tutub.

42,2 kilometri əhatələyən marafonda 50 min atletin iştirak etdiyi, onları küçələrdə 2,5 milyon nəfərin izlədiyi bildirilir.

Shalane Flanagan qadınlar arasında qalib olub, o, məsafəni 2 saat 26 dəqiqə 53 saniyəyə qət edib. 40 ildə ilk dəfədir qadınlar üzrə qalib ABŞ-dan olur.

24 yaşlı, Kenyadan Geoffrey Kamworor isə 2 saat 10 dəqiqə, 53 saniyə il kişilər arasında birincilik qazanıb.

Oktyabrın 31-də hücumu törətməkdə 29 yaşlı özbəkistanlı mühacir Sayfullo Saipov ittiham olunur. O, kirayə götürdüyü yük maşınını velosiped cığırındakı adamların üstünə sürməkdə suçlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG