Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:06

Trump Pxenyanın nüvə proqramından danışıb


Donald Trump (solda) və Shinzo Abe mətbuat konfransında

ABŞ prezidenti Donald Trump Şimali Koreyanın nüvə raketi proqramını dünyaya “təhdid” adlandırıb. Trump bir daha vurğulayıb ki, Pxenyanla bağlı “strateji səbir erası” bitib.

Prezident bunları noyabrın 6-da Tokioda Yaponiyanın baş naziri Shinzo Abe ilə görüşdən sonra deyib. Onun sözlərinə görə, iki ölkə Şimali Koreya rejiminin “təhlükəli təcavüzü”nü önləməyə çalışır.

Pxenyanın nüvə proqramı “sivil dünyaya, beynəlxalq sülh və sabitliyə hədədir”, Trump Abe ilə birlikdə keçirdiyi mətbuat konfransında söyləyib.

Yaponiyanın baş naziri isə qeyd edib ki, Tokio Şimali Koreya məsələsində “bütün variantların” masanın üstündə olmasıyla bağlı Trump-ın mövqeyini dəstəkləyir və iki ölkə bu məsələ üzrə “100 faiz” birlikdədir.

Trump Asiyaya 12 günlük səfəri zamanı ticarət və Şimali Koreyanın nüvə proqramı məsələlərinə fokuslanır. O, Cənubi Koreya, Çin, Vyetnam və Filippinə də gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG