Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:16

200-dək ölkənin təmsilçiləri Almaniyanın Bonn şəhərinə 12 günlük BMT İqlim Dəyişikliyi Konfransına toplaşırlar.

Noyabrın 17-dək davam edəcək sammitə Ficinin baş naziri Frank Bainimarama sədrlik edəcək.

Bainimarama deyib ki, 2015-ci il Paris iqlim sazişinə uyğun olaraq istixana qazlarının azaldılması üçün daha təcili tədbirlərin görülməsinə çağıracaq.

“İqlim dəyişikliyinin yaratdığı qasırğalar, meşə yanğınları, quraqlıqlar, daşqınlardan insanların çəkdiyi əziyyət və ərzaq təhlükəsizliyinin yaratdığı təhlükələr itirməyə vaxtın olmadığını göstərir”, – Bainimarama noyabrın 6-da sammit öncəsi deyib.

Sammit iştirakçılarının Paris sazişinə əməl edən ölkələr üçün detallı “qayda kitabı”nın hazırlanması yönündə çalışacağı gözlənir.

ABŞ prezidenti Donald Trump Paris sazişindən çıxdığını elan edib. İndi bu sənəddən kənarda qalan ikicə ölkə ABŞ-la Suriyadır.

Birləşmiş Ştatların Bonn konfransına təmsilçilər göndərəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG