Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:12

Indoneziyada oranqutan meymunlarının yeni növü tapılıb və dərhal da kökü kəsilməkdə olan növ elan edilib. Alimlər bunu noyabrın 2-də bildiriblər.

Şimali Sumatranın dağ meşələrində aşkarlanan Tapanuli oranqutanı bu meymunun digər növlərindən baş ölçüsü və dişləri, genləri, eləcə də erkək meymunların cəngəllikdə çıxardığı səslərə görə fərqlənir.

Alimlər “Current Biology” dərgisində yazırlar ki, oranqutanın bu növünün sayı 800-dən azdır.

İnsanabənzər meymunlara oranqutanlar, qorillalar, şimpanzelər və bonobolar daxildir.

Tədqiqatçıların fikrincə, Tapanuli oranqutanları digər meymunlardan 10 min- 20 min il əvvəl təcrid olunublar. Alimlər onları 1997-ci ildən tanıyır, amma əvvəllər xüsusi növ sayılmırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG