Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 17:54

Noyabrın 4-ü Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 7-10, gündüz 16-20, Bakıda gecə 8-10, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da yağıntı olmayacağı bildirilir. Gecə 5-10, gündüz 15-20, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG