Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:00

ABŞ supersonik bombardmançıları Koreya üzərində


B-1B (sağda) bombardmançıları

ABŞ supersonik (səs sürətini aşa bilən) bombardmançıları Koreya yarımadası üzərindən uçub. Bu uçuşlar Yaponiya və Cənubi Koreyayla təlim çərçivəsində həyata keçirilib. ABŞ Hava Qüvvələri prezident Donald Trump-ın regiona səfəri öncəsi belə bir məlumat yayıb.

İki B-1B təyyarəsi ABŞ-ın Sakit Okeandakı Quam adasındakı bazasından qalxıb və sonradan onlara Yaponiya Hava Özünümüdafiə qüvvələrinin qırıcıları da qoşulub.

Bəyanatda deyilir ki, bu təlim Sakit Okeandakı “davamlı bombardmançı” missiyasının bir hissəsidir, “hər hansı hadisəyə cavab olaraq gerçəkləşməyib”.

Bu uçuşlar Şimali Koreyanı qəzəbləndirib, təlimləri “şantaj” adlandırıblar. Pxenyan açıqlamanı noyabrın 3-də yayıb.

Şimali Koreyanın ballistik raket və atom proqramları ucbatından yarımadada gərginlik qalır.

Trump noyabrın 3-də Havay ştatına gedəcək, oradan noyabrın 4-də Asiya turuna yollanacaq, Yaponiya, Cənubi Koreya, Çin, Vyetnam və Filippinə baş çəkəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG