Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:41

Prezident 'Azərbaycanın dostu'nu qəbul edib


Pyer Alen Rafan və İlham Əliyev

Prezident İlham Əliyev noyabrın 3-ü Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Pyer Alen Rafanı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev deyib ki, Fransa-Azərbaycan əlaqələri bu gün çox yüksək səviyyədədir. Siyasi, iqtisadi, energetika, infrastruktur sahələrində əməkdaşlıq yaxşı nəticələr verir.

Dövlət başçısı, eyni zamanda, bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli işində də öz rolunu oynayır.

«Lakin erməni lobbisi dünyanın müxtəlif ölkələrində Azərbaycanla və Dağlıq Qarabağla bağlı uydurma, yalan məlumatlar yayır. Beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir və münaqişənin ədalətli həllinə mane olmağa çalışır», - deyə o vurğulayıb.

P.A.Rafan da öz növbəsində deyib ki, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində gələcəkdə də səylər davam etdirilməlidir.

Görüşdə iki ölkə arasında kosmik sənaye, inşaat, nəqliyyat, su təsərrüfatı, metro, dəmir yolu, hərbi-texniki və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG