Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:27

ATƏT ‘Turan’la bağlı cinayət işinə xitam verilməsini alqışlayıb


ATƏT-ə üzv ölkələrin bayraqları

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir “Turan” Agentliyi və onun rəhbəri Mehman Əliyevlə bağlı açılmış cinayət işinə xitam verilməsini alqışlayıb.

Bu barədə ATƏT-in saytında yayılan bəyanatda bildirilir.

“Mən bu müsbət addımı alqışlayıram. Ümid edirəm ki, bu agentlik tezliklə öz vacib işini davam etdirəcək və gələcəkdə heç bir təzyiq olmadan işləyəcək”, - bəyanatda vurğulanır.

Buna da bax: 'Turan' agentliyinin cinayət işi dayandırılıb

«Turan» İnformasiya Agentliyi haqda vergidən yayınma ilə bağlı qaldırılan cinayət işinin dayandırıldığı bu gün, noyabrın 2-də məlum olmuşdu.

Agentliyin direktoru Mehman Əliyev Baş Prokurorluğa çağırılmışdı. Baş prokurorun müavini Rüstəm Usubov cinayət işinin dayandırılması barədə qərarı M.Əliyevə təqdim etmişdi.

Buna da bax:​ Mehman Əliyev: 'Demirəm ki, səhvim olmayıb'

XATIRLAMA

M.Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib.

Avqustun 31-i i kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib. Üstəlik, ABŞ Senatının komitəsinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-i isə prezident İ.Əliyev «Turan» İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsindən ötrü aidiyyəti orqanlara tapşırıq verib. Elə həmin gün məhkəmənin qərarı ilə M.Əliyev ölkədən çıxışına məhdudiyyət qoyulmaq şərti ilə azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG