Gürcüstan Ali Məhkəməsi keçmiş baş nazir Vano Merabishvili-yə qarşı hökmü qüvvədə saxlayıb. O, 2005-ci ildə gürcü deputatın döyülməsini sifariş verməkdə təqsirli bilinib.
Merabishvili 2016-cı ilin sentyabrında 6,5 illik həbs cəzasına məhkum edilib, deputat Valery Gelashvili-ni döyməkdə təqsirli bilinib.
Gelashvili-yə hücum olanda Merabishvili daxili işlər naziri işləyirdi.
Noyabrın 1-də Ali Məhkəmə Tbilisi Apellyasiya Məhkəməsinin fevralda çıxardığı qərarı qüvvədə saxlayıb.
Merabishvili keçmiş prezident Mikheil Saakashvili-nin müttəfiqi, 2003-cü ildə Qızılgül İnqilabının əsas fiquru olub. O, 2014-cü ildən həbsdədir, səlahiyyətdən sui-istifadə və seçicilərə rüşvət vermək ittihamıyla çoxillik cəza çəkir.
Hazırda Ukraynada olan Saakaşvili də Gelashvili işində ayrıca ittiham olunur. Ona qarşı ittihamda deyilir ki, Gelashvili-yə hücumla bağlı göstəriş vermək üçün Merabishvili-ni təlimatlandırıb.