Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:02

«Musa Tükənov noyabrın 2-də Kürdəxanıdakı 1saylı istintaq təcridxanasına aparılıb və hazırda oradadır».

Bunu M.Tükənovun oğlu Akif Tükənov bildirib.

Musa Tükənov Karlar Cəmiyyətinin sədr müavini, Azərbaycan Vahid Kommunist Partiyasının sədridir.

A.Tükənovun deməsinə görə, noyabrın 1-də atası Baş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə zərərçəkən qismində çağrılıb. Ancaq elə oradan da Binəqədi Rayon Məhkəməsinə aparılaraq barəsində 311-ci (rüşvət alma) maddə ilə 1ay 24 gün həbs-qətimkan tədbiri seçilib.

A.Tükənov deyir ki, atası gecəni Binəqədi Rayon Polis İdarəsində qalıb, noyabrın 2-si Kürdəxanı təcridxanasına göndərilib:

«Atamı Karlar Cəmiyyətinə məxsus Yasamal rayonundakı ərazidə hansısa obyektin tikintisinə icazə verməkdə ittiham edirlər. Halbuki, həmin ərazi ilə bağlı məsələ həll olunan zaman atam cəmiyyətdə hər hansı bir səlahiyyət sahibi deyildi. Odur ki, bu ancaq şərləmə və böhtandır».

A.Tükənov deyir ki, haqqında danışılan ərazidə tikinti aparılmasına dair razılıq sənədi özü saxtadır:

«Bunun sübutları var. Hüquq-mühafizə orqanlarına təqdim ediləcək».

Onun fikrincə, M.Tükənovun rüşvət alması haqda hər hansı sübut yoxdur.

«Ortada ancaq rüşvət alınmasına dair quru sözlər gəzir», - deyə o vurğulayıb.

Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə M.Tükənov rəhbərlik edib. Ancaq partiyanın dövlət qeydiyyatı olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG