Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:19

Ukrayna daxili işlər nazirinin oğlunu buraxıblar


Oleksandr Avakov məhkəmədə

Kiyev məhkəməsi Ukraynanın nüfuzlu daxili işlər nazirinin 29 yaşlı oğlunu azadlığa buraxıb. Arsen Avakov-un oğlu Oleksandr Avakov bir gün öncə mənimsəmə ittihamlarıyla antikorrupsiya rəsmiləri tərəfindən saxlanmışdı.

Nazir oğlu elektron bilərzik taxmağa və pasportunu təhvil verməyə razılaşandan sonra buraxılıb.

Arsen Avakov oktyabrın 31-də demişdi ki, oğlunu Milli Antikorrupsiya Bürosunun (NABU) əməkdaşları saxlayıb, Xarkovdakı evində isə axtarış aparılıb.

NABU, daxili işlər nazirinin müavini də daxil olmaqla, mənimsəmə işiylə bağlı həbslərin olduğunu bildirsə də, adları açıqlamamışdı.

Gənc Avakov-un təqsiri sübuta yetirilsə, onu 12 ilədək həbs cəzası gözləyir.

Avakov məhkəmədə deyib ki, bu iş tamamilə siyasi motivlidir və hüququn aliliyi ilə heç bir əlaqəsi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG