Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 17:53

Rusiyanın təşkilatçı olduğu danışıqlara getməyəcəklər


Astana danışıqları, 31 oktyabr, 2017-ci il

-

Suriyada Qərbin dəstəklədiyi əsas müxalifət qrupu olan Suriya Milli Koalisiyası (SNC) noyabrın 1-də bildirib ki, Rusiyanın təşkilatçılığıyla danışıqlara getməyəcək. Qrup Rusiyanın bu təşəbbüsünü BMT-nin dəstəklədiyi Cenevrə sülh danışıqlarını pozmaq cəhdi adlandırıb.

Türkiyəylə İran oktyabrın 31-də Rusiyanın təklifini dəstəkləyiblər. Rusiya gələn ay Soçidə Suriya müxalifətiylə opponentləri arasında danışıqlara ev sahibliyi etmək istəyir.

Oktyabrın 30-31-də danışıqların Qazaxıstan paytaxtı Astanada keçirilən yeddinci raundundan belə bir təklif irəli sürülüb.

“Koalisiya Cenevrədən kənarda, BMT-nin təşkilatçısı olmadığı danışıqlara qatılmayacaq”, – SNC sözçüsü Ahmad Ramadan “Reuters” agentliyinə deyib.

Astana danışıqları yanvardan başlanıb, Cenevrədə BMT-nin təşkilatçılığıyla keçirilən danışıqlara paralel aparılır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG