Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:08

Üç prezidentin Tehranda görüşü gözlənir


Həsən Ruhani, İlham Əliyev və Vladimir Putin

Bu gün, noyabrın 1-də Tehranda İran, Rusiya və Azərbaycan prezidentlərinin görüşü gözlənir.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bundan öncə Rusiya prezidentinin İranın dini lideri ayətullah Əli Xamenei və prezident Həsən Ruhani ilə görüşləri olmalıdır.

Üçtərəfli görüşün mövzuları açıqlanmır. Ancaq bundan öncə belə formatda bir görüş olub. İlk görüş 2016-cı ildə Bakıda keçirilib. O zaman üç ölkənin başçısı Şimal-Cənub nəqliyyat layihəsinin reallaşması və bir sıra başqa məsələləri müzakirə ediblər.

XATIRLATMA

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, Hindistan və İran arasında 2000-ci ildə bağlanıb. Azərbaycan da bu layihəyə 2005-ci ildən qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Hindistandan, Omandan dəniz vasitəsilə, daha sonra İran, Xəzər regionu, Rusiya və əks istiqamətdə yaradılacaq nəqliyyat-kommunikasiya magistrallarının cəmidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG