Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:15

Sosial media nəhənglərinə Konqresdə sərt suallar verilib


Sosial media təmsilçiləri dinləmələrdə, 31 oktyabr, 2017-ci il

Oktyabrın 31-də dünyanın aparıcı sosial media və İnternet şirkətlərinin təmsilçiləri ABŞ Konqresində ifadə veriblər. Senatorlar Rusiyaya bağlı hesabların onlardan sui-istifadəsinə dair sorğu-suala çəkiblər.

Facebook, Google və Twitter-in vəkilləri və təmsilçiləri Rusiyanın ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsiylə bağlı narahatlığın gücləndiyi bir məqamda senatın ədliyyə komitəsində ifadə veriblər.

Bu həftə Konqresdə daha iki belə dinləmə keçirilməlidir.

Ədliyyə komitəsi, Nümayəndələr Palatası və Senatın kəşfiyyat komitələrilə birlikdə də “Rusiya istintaqı”nda aparıcı rol oynayır.

ABŞ kəşfiyyat icması yanvarda açıqladığı hesabatda Moskvanı ötən il seçkiyə təsir göstərmək məqsədiylə haker hücumları və təbliğat kampaniyasında suçlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG