Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:11

AzadlıqRadiosundan düzəliş


RFERL Azerbaijani Service logo
RFERL Azerbaijani Service logo

Oktyabrın 30-da AzadlıqRadiosu-nun axşam efirə gedən xəbərlər buraxılışında Gürcüstanda, Qardabanidə azərbaycanlılar və svanlar arasında dava baş verməsi ilə bağlı videoreportaj yayımlanıb.

Həmin video dərhal Azərbaycandakı bir sıra saytlar tərəfindən mənbə göstərmədən tirajlandığı üçün əlavə ajiotaja səbəb olub.

Sözügedən reportaj AzadlıqRadiosu-nun özünün peşə standartlarına cavab vermədiyi üçün bütün resurslardan yığışdırılıb.

Yayımlanan videoreportajda xəbərə illüstrasiya olaraq bir neçə il əvvəl baş verən toqquşmalar barədə Gürcüstan İctimai Televiziyasının o zaman hazırladığı görüntülərdən istifadə olunsa da, həmin görüntülərin arxiv görüntüsü olduğu aydın bildirilməyib.

Hadisə ilə bağlı məlumat verən Gürcüstandakı Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərovla alınan müsahibənin efirə gedən variantından da nəyin baş verdiyi tam olaraq anlaşılmadığı üçün videoreportaj yanlış anlaşmaya səbəb olub.

AzadlıqRadiosu olaraq səhvimizi etiraf edir yanlış anlaşmaya görə izləyicilərimiz və tərəfdaşlarımızdan üzr istəyir, bu cür səhvlərin bir daha təkrarlanmaması üçün lazımi addımların atılacağını bəyan edirik.

AzadlıqRadiosu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG