-
Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib, şahidlər və rəsmilər ölənlərin və yaralıların olduğunu bildirir.
Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Partlayışın paytaxtın güclü qorunan ərazisində – Wazir Akbar Khan diplomatik zonasındakı Dördüncü Küçə törədildiyi bildirilir. Bu küçə bir neçə xarici səfirliyə yaxındır.
Bu ay Kabildə bir neçə hücum baş verib. Şiə məscidinə hücumda 50-dən çox ölən olmuşdu.