Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:15

Milli Məclis nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı bəzi hüquqşünasların və vətəndaş cəmiyyəti təmsilçilərinin narazılığı ilə qarşılanan qanunvericilik təkliflərini bəyənib.

«Turan» agentliyinin xəbərinə görə, parlamentin bu gün, oktyabrın 31-i keçirilən plenar iclasında deputatlar mülki, inzibati prosessual məcəllələrə və vəkillik qanununa məhkəmədə təmsilçilik institutu ilə bağlı təklif olunan dəyişikliklərə «hə» deyiblər.

Bir neçə deputat təkliflərin əleyhinə çıxış etsə də, bu, yekun nəticəyə təsir etməyib.

Azərbaycanda cinayət işlərində yalnız Vəkillər Kollegiyasının üzvü olan vəkillərin təmsilçiliyinə icazə verilir. Mülki və inzibati işlərdə isə kollegiyanın üzvü olmayan şəxslər də nümayəndə qismində çıxış edə bilər. Parlamentin mülki, inzibati prosessual məcəllələrə və vəkillik qanununa etdiyi dəyişikliklər isə bu qaydanı dəyişir.

Xəbərdə qeyd edilir ki, nümayəndəlik böyük ölçüdə ortadan qaldırılacaq. Məhkəmələrdə təmsilçiliyi yalnız Vəkillər Kollegiyasının sayı 1000 nəfərdən də az olan üzvləri həyata keçirəcək.

Fiziki şəxsləri məhkəmələrdə yalnız yaxın qohumu qanuni nümayəndə kimi təmsil edə biləcək. Buna Ali Məhkəmədə işlərə baxılan zaman yol verilməyəcək.

Mülki, inzibati prosessual məcəllələrə və vəkillik qanununa edilən dəyişikliklərin dekabrın 1-də qüvvəyə minməsi nəzərdə tutulur.

Milli Məclis yeni dəyişikliklərin tam mətnini hələlik açıqlamayıb. Layihə bir dəfə geri qaytarılıb. Bəzi düzəlişlərdən sonra yenidən müzakirəyə çıxarılıb.

Bəzi hüquqşünaslar düşünür ki, bu, cəmiyyətdə vəkil qıtlığı yaşadacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG