Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:23

İraq ordusu Türkiyəylə sərhəd məntəqəsini kürdlərdən alıb


Arxiv fotosu

-

İraqın hökumət qüvvələri ölkənin Kürdüstan regionunda Türkiyəylə əsas sərhəd keçid məntəqəsinə nəzarəti ələ alıb. Bunu Türkiyənin baş naziri Binali Yildirim deyib.

Ibrahim Al Khalil məntəqəsi “mərkəzi hökumətə təhvil verilib”, Yildirim oktyabrın 31-də Ankarada hakim partiyanın toplantısında söyləyib.

Onun sözlərinə görə, indi sərhədə İraq və Türkiyə sərhədçiləri nəzarət edəcəklər.

Kürd regionu sentyabrın 25-də müstəqillik referendum keçirəndən sonra region ölkələri tərəfindən təcrid olunub, İraq, İran, Türkiyə və kürdlərin qərb müttəfiqləri bu səsverməyə qarşı çıxıblar.

Hazırda İraq qüvvələri ötən həftə birgə təlim keçirdikləri türklərlə birlikdə sərhədə yerləşiblər. Onların Kürd regional hökumətinin (KRG) bayrağının yerinə İraqın milli bayrağını sancacağı gözlənir. Bu mərasimə görə sərhəd bağlandığından hər iki tərəfdə uzun növbələr yaranıb.

Qarşıdurma barədə məlumat yoxdur.

İraq ordusu bildirib ki, Bağdad Kürdüstanın Suriyayla sərhədinə nəzarəti də ələ almağa hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG