Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:34

Navalny-nin köməkçisi sərbəst buraxılıb- YENİLƏNİB


Nikolai Lyaskin

-

Artıq Nikolai Lyaskin sərbəst buraxılıb. Bu haqda Lyaskin özü Twitter-də yazıb. O qeyd edib ki, polis ona noyabrın 9-da yenidən məntəqəyə getməyi tapşırıb.

Lyaskin-n saxlanma səbəbləri bəlli deyil. Müxalifətçinin deməsinə görə, polis şöbəsində ona boş protokol veriblər və izahat yazmasını istəyiblər. O isə bundan imtina edib.

***

Rusiya müxalifətçisi Aleksei Navalny-nin prezident seçkisi kampaniyasının Moskvadakı rəhbəri Nikolai Lyaskin-i polis saxlayıb.

Lyaskin oktyabrın 31-də Twitter-də yazıb ki, polis onun maşınını saxlayıb və onu polis məntəqəsinə aparıb.

Navalny-nin aparıcı tərəfdarı olan Lyaskin sentyabrda naməlum şəxslər tərəfindən metal boruyla döyülmüşdü.

Şübhəli daha sonra iddia elədi ki, Lyaskin bu hücumu gerçəkləşdirməkdən ötrü ona pul verib. Amma həm Lyaskin, həm də Navalny-nin komandası bunu təkzib elədi.

Lyaskin-in bu gün saxlanmasının həmin hadisəylə bağlı olub-olmadığı bəlli deyil.

Navalny gələn ilki prezident seçkisinə qatılmaqdan ötrü kampaniya aparır. Martda keçiriləcək seçkidə indiki prezident Vladimir Putin-in namizədliyini verəcəyi və dördüncü müddətə seçiləcəyi gözlənir.

Seçki rəsmiləri bildirirlər ki, Navalny barəsindəki mənimsəməylə bağlı hökm ucbatından seçkiyə gedə bilməz. Müxalifətçi həmin işi siyasi motivli sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG