Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 16:35

Oktyabrın 30-u səhər saatlarından etibarən ölkənin cənub bölgəsində əsən güclü cənub-qərb küləyi yaşayış məntəqələrində bir sıra problemlər yaradıb.

Bu barədə AZƏRTAC xəbər yayıb.

Xəbərdə bildirilir ki, ağaclar aşıb, elektrik naqilləri qırılıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bundan əlavə, meyvə bağlarına və bir çox tikililərin dam örtüklərinə ziyan dəyib.

Güclü küləyin daha çox Astara və Lerik rayonlarında fəsadlar törətdiyi bildirilir.

Astara rayonunun kəndlərində Şəfa ƏliyevaEtibar Bağırovun üstlərinə ağac aşdığı, onların ağır bədən xəsarəti aldıqları bildirilir. Hər iki şəxsin Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi açıqlanıb.

Lerik rayonunun elektrik təsərrüfatına daha ciddi ziyan dəydiyi bildirilir. Verilən məlumata görə, rayonun 80 kəndində işıq yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG