Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:32

İran İraqın kürd regionuyla sərhədi açacaq


İraqda kürdlərin prezidenti Masoud Barzani-yə dəstək aksiyası, 29 oktyabr, 2017-ci il

-

İran silahlı qüvvələrinin baş qərargah rəisi Mohammad Baqeri deyir ki, ölkəsi “yaxın günlərdə” İraqın kürd muxtar regionuyla bütün sərhəd keçid məntəqələrini açacaq.

Tehran İraqın Kürdüstan regionuyla sərhədi kürdlərin 25 sentyabr müstəqillik referendumundan sonra bağlayıb.

“İranla İraq Kürdüstanı arasında sərhəd məhdudiyyətləri gələn günlərdə qaldırılacaq”, – Baqeri oktyabrın 30-da yarımrəsmi ISNA xəbər agentliyinə bildirib.

Bir gün öncə İraqın kürd lideri Masud Barzani noyabrın 1-dən vəzifədən gedəcəyini bildirib. Məhz onun dəstəklədiyi referendum region ölkələrinin narazılığını yaradıb.

Baqeri xəbərdarlıq edib ki, kürd muxtar regionu İraqdan ayrılsa, “İraqda qan töküləcək və bu, qonşu ölkələrə də təsirini göstərəcək”.

İranda da kürd azlığı yaşayır və İraq kürdlərinin müstəqillik referendumuna qarşı çıxıb.

Tehran Bağdadın xahişiylə referendumdan sonra İraqın kürd regionuyla sərhədləri bağlayıb, regiona bütün uçuşları dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG