Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:53

Xalq artisti Rafiq Hüseynovun Almaniyada vəfat etdiyi bildirilir.

Xəbəri AZƏRTAC yayıb.

Xəbərə görə, bu barədə mətbuata xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

Rafiq Hüseynovun oktyabrın 26-da vəfat etdiyi söylənir. Həyat yoldaşı APA agentliyinə bildirib ki, qızını atasının ölümünə hazırlamaqdan ötrü bu xəbəri açıqlamağı ertələyiblər.

R.Hüseynovun cənazəsinin yaxın iki gündə Bakıya gətiriləcəyi gözlənilir.

71 yaşlı xalq artisti R.Hüseynov son illər xərçəng xəstəliyindən əziyyət çəkirdi. Türkiyədə müalicə və əməliyyat edilmişdi. Daha sonra isə müalicə məqsədilə Almaniyaya aparılmışdı.

R.Hüseynov 50 ildən çox televiziya sahəsində fəaliyyət göstərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG