Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:09

AB ölkələri ilə ticarət əməliyyatları azalıb


Azərbaycan-AB

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Avropa Birliyi (AB) ölkələri ilə 5 milyard 30 milyon 814.4 min ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Komitənin açıqladığı statistikaya görə, bu sahədə ticarət dövriyyəsində illik müqayisədə 27.4 faiz azalma qeydə alınıb.

Azərbaycanın xarici ticarət dövriyyəsində Avropa Birliyi ölkələri ilə həm ixracda, həm də idxalda azalma olduğu bildirilir.

Ümumilikdə ixracın 45.77, idxalın isə 21.1 faizini Avropa Birliyi ölkələri ilə aparılan əməliyyatlar əhatə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG