Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:09

Bu gün, oktyabrın 30-u Özbəkistan baş naziri Abdulla Aripov Azərbaycan gəlib.

AZƏRTAC-ın xəbərinə görə, Abdulla Aripovu hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Oktyabrın 30-u Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması ilə bağlı Azərbaycanda mərasim keçirilməlidir.

Ələt qəsəbəsindəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ilk qatarın yola salınması mərasiminə bir sıra dövlət və hökumət rəsmilərinin qatılacağı gözlənilir.

***

Oktyabrın 30-u Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili də Azərbaycan gəlib.

Onun da Azərbaycana Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması ilə bağlı keçiriləcək mərasimdə iştirak etmək məqsədi ilə gəldiyi bildirilir.

***

Oktyabrın 30-u Qazaxıstanın baş naziri Bakıtjan Saqintayev də Azərbaycana səfər edib.

Qazaxıstan baş naziri də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin işə salınması ilə bağlı keçiriləcək mərasimdə iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG