Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:17

Azərbaycan çempionu «Qarabağ» futbol klubu UEFA Çempionlar Liqasındakı növbəti oyununu keçirmək məqsədi ilə İspaniyaya gedib.

Sabah, oktyabrın 31-i İspaniya paytaxtında «Atletiko Madrid» - «Qarabağ» qarşılaşması keçiriləcək.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, vitse-prezident Tahir Gözəl Madrid səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırıb. T.Gözəl oyunla bağlı bunları deyib:

«Bu qarşılaşma bizim üçün tarixi oyundur. «Atletiko» ilə matçda qeydə alınacaq nəticə «Qarabağ» üçün çox önəmlidir. Madriddə əlimizdən gələni etməyə gedirik. İnşallah, səfərdən xalla dönmək istəyirik, arzumuz budu. Böyük həyəcan və inamla yola çıxmışıq. Bakıdakı kimi ilk dəqiqələrdən özümüzə inanaraq oynamaq və səfərdən xalla dönmək arzusundayıq».

İki klub arasında keçirilən ilk qarşılaşma Bakıda qolsuz bərabərliklə bitib.

«Qarabağ» C qrupunda mübarizə aparır. Qrupa 7 xalla İngiltərənin «Çelsi» kubu başçılıq edir. İtaliyanın «Roma» klubunun 5, «Atletiko Madrid»in isə 2 xalı var. «Qarabağ» 1 xalla qrupda sonuncu yeri tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG