Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:13

Rohani Trump-la görüşdən imtina edib?


Hassan Rohani, arxiv fotosu

-

İran prezidenti Hassan Rohani sentyabrda BMT Baş Assambleyasına səfəri zamanı amerikalı həmkarı Donald Trump-la görüşdən imtina edib. Bu xəbər İranın Xarici İşlər nazirliyə istinadla yayılıb.

İranın yarırəsmiILNA xəbər agentliyi oktyabrın 29-da nazirliyin sözçüsü Bahram Ghasemi-yə istinadla yazıb ki, bu niyyətlə Amerika tərəfi çıxış edib, ancaq prezident Rohani Nyu Yorka səfəri zamanı bunu rədd edib.

Ağ ev, hələlik, bu iddiaya şərh verməyib.

BMT-nin illik assambeyasında Rohani və Trump çıxışlarında bir-birinə qarşı kəskin ifadələr işlədiblər.

Trump İranı “korrupsiyaya uğramış diktatura” adlandırıb, Rohani isə ABŞ administrasiya haqda “yenigələn dələduzlar” ifadəsini işlədib.

ABŞ lideri davamlı olaraq İran hökumətini terror və Yaxın Şərqdə silahlı qruplaşmaları dəstəkləməkdə suçlayıb.

Trump həmçinin Tehranın 2015-ci il nüvə sazişinin “ruh”una əməl etmədiyini bildirir. Nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

1979-cu ildən bəri Vaşinqtonla Tehranın diplomatik münasibətləri yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG