Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:58

Bu gün, oktyabrın 27-si prezident İlham Əliyev İranın iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 70 faiz, bu il isə 30 faiz artıb.

Dövlət başçısı vurğulayıb ki, bundan sonrakı illərdə də bu istiqamətdə səmərəli əməkdaşlıq davam edəcək.

Görüşdə iki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı, bank və maliyyə sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

İranın iqtisadi işlər və maliyyə naziri oktyabrın 26-sı Azərbaycana gəlib. O, həmin gün fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşüb. Görüşdə fövqəladə hallarda iki ölkə arasında əməkdaşlıq və digər məsələlər müzakirə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG