Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:29

Tatar lideri Krıma dönəcəyini deyir


Ilmi Umerov (sağda) və Ahtem Chiygoz Ankarada mətbuat konfransında
Ilmi Umerov (sağda) və Ahtem Chiygoz Ankarada mətbuat konfransında

-

Bu həftə həbsdən buraxılmış Krım tatar lideri Ilmi Umerov Rusiyanın ilhaq etdiyi yarımadaya “qayıtmağa çalışacağını” söyləyir. O, həmkarı Akhtem Chiygoz-la birlikdə oktyabrın 27-də Türkiyədən Kiyevə gedib.

Onların hər ikisi Krım tatarlarının özünüidarə orqanı olan, Rusiya hakimiyyətinin qanunsuz elan etdiyi Mejlis-in sədr müavinləridir. Oktyabrın 25-də həbsdən buraxılıblar və Türkiyəyə gediblər.

Oktyabrın 26-da Ukraynanın Ankaradakı səfirliyində Umerov jurnalistlərə deyib ki, Chiygoz-la onun həbsdən buraxılma şərtləri barədə bilgisizdirlər və Rusiya hakimiyyətinin onlara Krıma qayıtmağa icazə verib-verməyəcəyini bilmirlər.

“HEÇ KƏSƏ SÖZ VERMƏMİŞƏM”

“Buna cəhd etməyəcəyimə heç kəsə söz verməmişəm. Bir müddətdən sonra Krıma qayıtmağa çalışacağam”, – Chiygoz deyib.

Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edib. Bu ərazidə keçirilən müstəqillik referendumunu 100 ölkə qanunsuz adlandırıb.

İnsan haqları qrupları Rusiyanın müsəlman tatar azlığımı təzyiq altında saxladığını deyir.

Səfirlikdəki tədbirdə Chiygoz deyib ki, onlar təyyarəyə minəndə Türkiyəyə aparıldıqlarını bilməyiblər.

Azad Avropa/AzadlıqRadiosunun Ukrayna xidməti və Krım.Realii saytının məlumatına görə, hər iki lider artıq Kiyevə çatıblar.

Chiygoz qanunsuz nümayiş təşkilində suçlanaraq səkkiz il, Umerov isə separatçılıq ittihamıyla iki illik həbsə məhkum edilmişdi.

İnsan haqları qrupları və Qərb hökumətləri onların həbsini pisləmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG