Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:47

Azərbaycan rəssamlarının vahid informasiya bazası yaradılıb


azgallery.az saytının təqdimatı
azgallery.az saytının təqdimatı

Oktyabrın 27-də Muzey Mərkəzində Azərbaycan rəssamlarının vahid informasiya bazasının və qalereyanın veb-saytının (www.azgallery.az) təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbir bu qurumun və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutub.

Rəsm qalereyasının veb-saytının yaradılması sənətsevərləri qalereyanın fəaliyyəti ilə yaxından tanış etməyə, eləcə də, ölkədə baş verən mədəni hadisələri işıqlandırmağa imkan yaradacaq.

Yaradıcıların fikrincə, virtual məkanda ana dilində yaradılan ilk elektron resurs milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasını təmin edəcək.

Hazırda qalereyanın fondunda 10 mindən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət əsərləri qorunub saxlanılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG