Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:53

Oktyabrın 28-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 11-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında isə arabir yağış gözlənilir. Gecə 8-13, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təxmin edilir.

Yağıntılı havanın bəzi rayonlarda oktyabrın 29-da da davam edəcəyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG