Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:33

HRW Özbəkistandakı dəyişikliklərlə bağlı nikbindir


Shavkat Mirziyoev BMT Baş Məclisində çıxış edir, sentyabr, 2017-ci il

-

Human Rights Watch (HRW) insan haqları qrupu bildirir ki, Özbəkistan hakimiyyəti Shavkat Mirziyoev-in prezidentliyinin birinci ilində ölkədə insan haqlarının durumunu yaxşılaşdırmağı hədəfləyən “bəzi müsbət addımlar” atıb. Ancaq qurum hökuməti indi bu mötədil irəliləyişi institusional dəyişikliyə və davamlı inkişafa çevirməyə çağırır.

Oktyabrın 26-da açıqladığı hesabatda insan haqları qrupu bildirir ki, Daşkənd beynəlxalq insan haqları öhdəliklərinin yerinə yetirilməsini bu Orta Asiya ölkəsinin yeni siyasi erasının əsas hədəfinə çevirməlidir.

HRW Özbəkistan hakimiyyətini aydın bir mesaj verməyə çağırır – hökumətin siyasətinin dinc tənqidinə nəinki dözümlülük göstəriləcək, bu, daha demokratik cəmiyyətə keçiddə dəyərləndiriləcək.

Son bir ildə Özbəkistanda azı 16 siyasi məhbus azadlığa buraxılıb, minlərlə adamın adı təhlükəsizlik xidmətlərinin “qara siyahılar”ından çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG