Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:02

Argentinanın keçmiş prezidenti İran məsələsini təkzib edir


Cristina Fernandez de Kirchner, arxiv fotosu

-

Argentinanın keçmiş prezidenti Cristina Fernandez de Kirchner məhkəmədə iranlıların 1994-cü il hadisəsində iştirakını ört-basdır etməsi iddialarını rədd edib. Söhbət 1994-cü ildə Buenos Ayresdə yəhudi icması mərkəzinin bombalanmasından, 85 nəfərin ölümündən gedir.

Fernandez oktyabrın 26-da məhkəmədən çıxarkən bu ittihamları “hüquqi nonsens” adlandırıb. O, mərkəzçi-sağçı prezident Mauricio Macri-ni müxalifətə qarşı “məhkəmə təqibi” aparmaqda suçlayıb.

Fernandez 2007-2015-ci illərdə prezident olub. O, hakim Claudio Bonadio yazılı ifadə verib.

64 yaşlı Fernandez İran rəsmilərinin Argentinada indiyədək törədilmiş ən ağır terror hücumunda iştirakını ört-basdır etməkdə suçlanır. Bildirilir ki, o, 2013-cü ildə İranla pakt imzalayaraq həmin hücumda suçlanan İran rəsmilərinin Argentinada deyil, öz ölkələrində mühakimə olunmasına icazə verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG