Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 17:51

Konqres sanksiya qoyulmuş rusiyalıların siyahısını alıb


Foto illüstrasiya

-

ABŞ Dövlət Departamenti Konqresə sanksiya qoyulacaq Rusiya şirkətlərinin və kəşfiyyat agentliklərinin siyahısını verib. Bu sanksiyalar Rusiyanın ötəniliki seçkilərə iddia olunan müdaxiləsinə görə Moskvanı cəzalandıran yeni qanunda nəzərdə tutulub.

“The New York Times” vebsaytında siyahının surətini dərc edib. Siyahıda Rusiyanın altı kəşfiyyat agentliyinin və 33 silah və təyyarə şirkətinin adları var, Kalishnikiov, Sukhoi, Tupolev və Rosoboronexport də onların içindədir.

Yayılmış sənədə görə, departament bildirir ki, siyahıdakı heç də bütün şirkətlər sanksiyaya avtomatik məruz qalmayacaqlar. Siyahıdakı Rusiyanın FSB və GRU kəşfiyyat xidmətləri artıq ABŞ sanksiyalarına məruz qalıb.

Departamentin sözçüsü Heather Nauert deyib ki, siyahı bu günlərdə açıqlanacaq, ancaq departamenti əvvəlcə ABŞ şirkətlərinə imkan yaradır ki, hədəfdə olan şirkətlər və fərdlərlə əlaqələri kəssin.

Günün bütün mövzuları

XS
SM
MD
LG