Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:11

NATO baş katibi: “Fundamental fikir ayrılıqları qalır”


Jens Stoltenberg, 26 oktyabr, 2017-ci il

-

NATO-nun baş katibi Jens Stoltenberg deyir ki, Qərb alyansıyla Rusiya arasında Ukraynanın şərqindəki münaqişəylə bağlı “fundamental fikir ayrılıqları” qalmaqdadır.

“Bizim dialoq asan deyil, elə bu səbəbdən bu dialoq vacibdir”, – Stoltenberg oktyabrın 26-da NATO səfirlərinin Brüsseldə alyansın qərargahında Rusiyanın səfiri Aleksandr Grushko ilə görüşündən sonra deyib.

NATO rəhbəri NATO-Rusiya Şurasının son iclasını Ukrayna, Əfqanıstan, şəffaflıq və risklərin azaldılması üzrə “səmimi və açıq müzakirə” adlandırıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra tərəflər arasında gərginlik yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG